Qapıçı və dirək Subaşiçə imkan vermədi

Qapıçı və dirək Subaşiçə imkan vermədi

Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” mövsümə 4:0 hesablı qələbə ilə başladı. “Adanaspor”la səfər qarşılaşmasında millimizin üzvü start heyətində meydana çıxaraq 90 dəqiqə oynadı.

Fanat.az xəbər verir ki, Subaşiç iki dəfə qola yaxın olub. Birində rəqib qapıçı, digərində isə dirək onun fərqlənməsinə imkan verməyib.

30-cu dəqiqədə meydanın mərkəzində topu ələ keçirən Selahattin Subaşiçə ötürmə verib. Millimizin üzvü irəliləyərək qapıya zərbə vursa da, rəqib qolkiper topu son anda kornerə çıxarıb.

64-cü dəqiqədə isə Subaşiç cərimə meydançasında topu ələ keçirərək xəttin üzərindən zərbə vurub. Lakin dirəyə tuş gələn top geri qayıdıb və rəqib müdafiəçilər onu uzaqlaşdıra bilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər