Türkiyə Super Liqasının VII turunda keçirilən "Fənərbaxça" - "Trabzonspor" matçından sonra ara qarışıb. Fanat.az xəbər verir ki, final fitindən sonra Onu və Səlçuk arasında başlayan mübahisə böyüyüb.
Stadionun kənarında isə daha böyük münaqişə yaşanıb. matçı rəsmi tribunadan izləməyən "Trabzonspor" prezidenti İbrahim Hacıosmanoğluna ev sahibi azarkeşlər hücum etmək istəyib. Hətta klub prezidentinə butulka da atılıb. Stadiondan çıxan Hacıosmanoğlu jurnalistlərin suallarını cavablandırarkən azarkeşin kənardan "hakimi neçəyə aldınız?" sualına "onu prezidentinizdən soruşun. Alqı-satqı işinə o baxır" cavabını verib. bundan sonra isə vəziyyət daha da gərginləşib.
Bundan sonra "bordo-mavilər"in prezidenti mətbuata açıqlamasında bunları bildirib: "Fənərbaxça"nın hazırki, prezidenti ilə bizim yan-yana gəlməyimiz mümkün deyil. Onu futbolumuzu çirkləndirən adam elan etmişik. Yıldırım futboldan getməlidi. "Fənərbaxça" bizim dost klubumuzdu, amma başdakı insan getməlidi".