“Lüksemburqa yenilgiyə görəüzülməliyik. Qarşıdakı Azərbaycan və İsraillə görüşlərdən 6 xal götürsək, Lüksemburqdakı məğlubiyyəti unutdurmuş sayılarıq”. Fanat.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinin oyun qurucusu Oliver Norvud deyib.
İngiltərənin aşağı liqatəmsilçisi “Haddersfild Taun”da top qovan Norvud zəif komanda olmadıqlarını söyləyib: “Qələbə qazanmayanda, adama pis təsir edir. Çətin olacaq!Ancaq biz hər 2 matçda qələbə qazanacağımıza və xal itirməyəcəyimizə inanmalıyıq.Baş məşqçimiz Maykl O’Nil indi müəyyən oyun tərzinə güvənir. Biz Rusiyaya qalib gəlmişik. Meydanda 9 nəfər qalmasaydıq, Portuqaliyanı da yenə bilərdik. Həmin oyunlarda belə komandalarla rəqabət aparacaq səviyyədə olduğumuzusübut etdik”.
Oliver Bakıdakı oyunda start heyətində yer alacağına ümidlidi: “Çalışdırıcıönəmli matçlarda oynatmaqla mənə bəslədiyi inamı ortaya qoyub. Ümid edirəm ki, onun Azərbaycan və İsraillə oyunlarla bağlı planlarının tərkib hissəsiyəm”.
Fanat.az