19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Macarıstanla qarşılaşan yığmamızın baş məşqçisi Nikolay Adam oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, alman mütəxəssis vacib xal qazandıqlarını bildirib:
“Seçmə mərhələyə məğlubiyyətsiz başlamaq vacib idi. Şadam ki, bu vacib işin öhdəsindən gəldik. İkinci hissənin ortalarında Elnur Cəfərovu əvəz etməklə taktiki dəyişikliyə də əl atdıq. Ümumiyyətlə, dəyişikliklər oyunun tərkib hissəsidi. Həmin vaxt hesabda geridə idik. Nəyisə dəyişməyimiz lazım idi. Nəticədə cavab qolunu vura bildik”.
Fanat.az