Türkiyənin PTT 1-ci liqasında VII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Andrey Popoviçlə Usim Ndukanın çıxış etdiyi "Tavşanlı Linyitspor" "Mersin İdman Yurdu"nun qonağı olub.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kütahya təmsilçisinin baş məşqçisi Erol Tok Popoviçi yenə ehtiyatda saxlayıb, qapını Metin Erola həvalə edib. Nduka isə meydana start heyətində çıxaraq 90 dəqiqə oynayıb. Futbolçumuz matçın 57-ci dəqiqəsində sarı vərəqə alıb.
Qeyd edək ki, "Tavşanlı Linyitspor" 7 oyundan sonra 6 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.