Nadirov uğura köklənib

Nadirov uğura köklənib

“Rəqib futbolçular çox şey deyə bilər. Bakıya qələbə dalınca gəldiklərini tez-tez təkrarlamaq başqa, qələbə qazanıb evə 3 xalla qayıtmaq başqa”. Bu sözləri Fanat.az-a açıqlamasında millinin və “Qarabağ”ın  futbolçusu Vüqar Nadirov deyib.

 

“17 nömrə” DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, 15-də Rusiya ilə görüşlərdə uğura kökləndiklərini vurğulayıb: “Asan oyun olmur. Hər 2 görüşün gərgin alınacağına əminəm. Məqsəd tsiklin son görüşlərində uğur qazanıb azarkeşləri sevindirməkdi. Millidə çox gözəl ab-hava var. Hamılıqla uğura köklənmişik. Şimali İrlandiya ilə səfərdə bərabərə qalmışıq. Bu dəfə isə öz azarkeşlərimizin dəstəyindən maksimum faydalanmalıyıq. Rusiya ilə oyun haqda britaniyalılarla görüşdən sonra danışmaq daha yaxşı olar".

 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər