"Real"ın tarixindəki ən yaxşı baş məşqçi mənəm. Mənim komandam 100 xalla, 121 qolla tarixin ən güclü "Barselona"sını arxada qoyaraq çempion oldu". Fanat.az xəbər verir ki, bu sözləri hazırda "Çelsi"ni çalışdıran Joze Mourinyo deyib.
Portuqaliyalı mütəxəssis "Real"a müdaifə futbolu oynatması barədə iddiaları da rədd edib: "Real" müdafiə komandası deyildi. Mənim "Çelsim" də elə deyil. Bu dəfələrlə tərkrar edilən və bəzən həqiqət kimi qəbul edilən böyük yalandı. Mənim komandalarım qazanmaq və hökmranlıq etmək üçün qurulur. Mənim komandalarım həmişə ən çox qol vuraraq rekordlara sahib olur. Mən Rekordlar Liqasının çempionuyam. Bu mənim tarixdəki yerimdi".