"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Steaua" matçdan öncə media nümayəndələrinin suallarını cavablandırıb. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis mətbuat konfransını yarımçıq tərk edib.
Jurnalistin "Kevin De Bruyneni niyə heyətə daxil etmədiz?" sualı Mourinyonu bərk əsəbləşdirib. "Möhtəşəm bir sualdı. Heç kim Matanı soruşmur. Üç həftədi ki, ancaq Matanı soruşurduz. İşimi kiminsə qarışmasını xoşlamıram. Sıra Bruyneyə gəlib. Həmişə oynatmadığım futbolçularla maraqlanırsız. Heyətə daxil etməmişəm, bu mənim qərarımdı. 11 futbolçu meydana çıxa bilər və mən də bunu məşqlərdə göstərilən performansa əsasən təyin edirəm. Həmişə düzgün olmağa çalışmışam" deyən Mou mətbuat nümayəndələrinə təşəkkür edərək zalı tərk edib.
Qeyd edək ki, "Çelsi" - "Steaua" matçı sabah Bakı vaxtilə 23:45-də başlayacaq.