Millinin legionerləri nə vaxt gələcək?

Millinin legionerləri nə vaxt gələcək?
Milli komandamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq. Bu oyunlara hazırlıq məqsədilə oktyabrın 5-dən 15-dək Bakı şəhərində yığmanın təlim-məşq toplanışı keçiriləcək.
Fanat.az xəbər verir ki, yığma toplanışa tam heyətlə başlamayacaq. Belə ki, "Eskişəhərspor"dan Ufuk Budak və "Kayzerslautern II"dən Rüfət Dadaşov toplanışa bir gün sonra qoşulacaq. "Rubin"də çıxış edən Ruslan Abışovla "Sivasspor"un formasını geyinən Cihan Özkara oktyabrın 7-də Bakıya gələcək. "Hannover 96"nın II komandasında top qovan Ali Gökdəmirin isə millinin toplanışına qoşulacağı tarxi hələ bəlli deyil.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər