"Çətin oyun oldu. Hava şəraiti də oynamaq üçün əlverişli deyildi". Fanat.az xəbər verir ki, bu sözləri "Gənclərbirliyi" ilə oyundan sonra "Sivasspor"un hücumçusu Cihan Özkara deyib.
"Sivasspor" dünən "Gənclərbirliyi"ni 2:0 hesabı ilə yenib. Meydana 79-cu dəqiqədə çıxan Cihan oyundan sonra klubun rəsmi saytına açıqlama verib: "Bütün komanda yoldaşlarımı təbrik edirəm. Layiqli qələbə qazandıq. Belə davam edəcəyik. Çürki düzgün yoldayıq".