Futzal üzrə UEFA Kubokunun əsas mərhələsinin Cənubi Kiprdə keçirilən 4-cü qrupunun oyunları davam edir. Fanat.az xəbər verir ki, ötən gün "Bakı United" ikinci oyununu keçirib.
İngiltərə çempionu Cənubi Kiprin "Omoniya" klubun sınağa çəkib. Oyun "Baku United"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 34-cü dəqiqədə Marselo imza atıb.
"Baku United"in formasını geyinən millimizin üzvü Rizvan Fərzəliyev də matçın iştirakçısı olub. Oyunun ən yaxşılarından olan futzalçımız matçın ən yaxşılarından olsa da, "Xrudim" matçından fərqli olaraq bu dəfə qol vura bilməyib.
Qeyd edək ki, "Baku United" klubunu Azərbaycanın "Odlar Yurdu" təşkilatı yaradıb və ötən mövsüm İngiltərə çempionu olub. Komanda UEFA Kubokunun əsas mərhələsindəki ilk oyununu oktyabrın 1-də Çexiyanın "Xrudim" klubuna qarşı keçirmiş və heç-heçəyə razılaşmışdı. Hazırda həm "Xrudin"in, həm də "Baku United"in 4 xalı var və 1-2-ci pillələri bölüşürlər. İngiltərə çempionu son oyununu sabah Bakı vaxtı ilə saat 18.00-da "Litija"ya qarşı keçirəcək.