Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan Kubokunu qazanıb.
Fanat.Az xəbər verir ki, voleybolçumuzun çıxış etdiyi "Vaşaş” klubu finalda "Nyiregyhaza" ilə qarşılaşıb. Oyun 27 yaşlı idmançımızın komandasının 3:1 (27:25, 25:17, 24:26, 28:26) hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Ayşən Abduləzimova Macarıstan Kubokunun qalibi olub.
Fanat.Az