Millimizin üzvü İngiltərə klubunda qol vurdu

Millimizin üzvü İngiltərə klubunda qol vurdu
Futzal üzrə UEFA Kubokunun dördüncü qrupunda əsas mərhələyə start verilib. Fanat.az xəbər verir ki, İngiltərə çempionu "Baku United" Cənubi Kiprdə təşkil olunan qrupun ilk oyununda Çexiyanın “Xrudim” klubu ilə qarşılaşıb.
Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. "Baku United"ə yenicə transfer olunan millimizin üzvü Rizvan Fərzəliyev debüt matçına çıxıb. Futzalçımız 12-ci dəqiqədə rəqib qapısına yol taparaq hesabı bərabərləşdirib - 1:1.  Dörd dəqiqə sonra isə məhz onun ötürməsindən sonra Delqado İngiltərə təmsilçisini hesabda önə keçirib - 2:1. Bundan sonra "Baku United" 1, "Xurdim" 2 qol vurub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər