Millimizin üzvü Almaniyada cəzalandırıldı

Millimizin üzvü Almaniyada cəzalandırıldı
Almaniyanın II Bundesliqasında XIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Dmitri Nazarovun çıxış etdiyi "Karlsruher" "Qreuter Fürt"ün qonağı olub.
Oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Nazarov 90 dəqiqə oynayıb və 16-cı dəqiqədə sarı vərəqə alıb. Millimizin üzvü Hiroki Yamadaya məhsuldar ötürmə verərək onun dublunu və darmadağını rəsmiləşdirməsinə yardımçı olub.
Qeyd edək ki, "Karlsruher" 13 oyundan sonra 20 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər