Millimizin üzvü alman klubuna qələbə qazandırdı

Millimizin üzvü alman klubuna qələbə qazandırdı
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Kayzerslautern II" "Ulm"u qəbul edib.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 80-ci dəqiqədə millimizin üzvü açıb. İkinci qolu isə 7 dəqiqə sonra Rikki Pinheyro vurub.
Qeyd edək ki, Regional Liqanın Cənub-Qərb zonasında çıxış edən "Kayzerslautern II" 11 oyundan sonra 20 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər