Türkiyənin PTT 1-ci liqasında X turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvü Umut Sönmezin çıxış etdiyi "Orduspor" "Samsunspor"un qonağı olub.
Oyun qonaq komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Orduspor"un yeganə qoluna start heyətində yer alan və sonadək oynayan Umut Sönmez imza atıb. O, 66-cı dəqiqədə fərqlənib. "Samsunspor"da isə "Xəzər Lənkəran"ın sabiq üzvü Mbilla Etame 90 dəqiqə oynayıb.
Fanat.az