Son 4 ildə AZAL-ın fomasını geyinmiş Tərlan Xəlilovun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi I divizionda çıxış edən "Şuşa"ya keçib.
Qeyd edək ki, 2009-2013-cü illərdə AZAL-da çıxış etmiş Tərlan 68 oyunda 4 qol vurub. Yarımmüdafiəçi əvvəllər "Ədliyyə", "Gənclərbirliyi", "Bakı" və "Muğan"ın şərəfini qoruyub. Xəlilov hərbiçilər arasında ölkəmizdə keçirilən dünya çempionatında millimizin şərəfini qoruyub.