Millimizin oyununda şimali irlandiyalı hakimlər

Millimizin oyununda şimali irlandiyalı hakimlər
21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə səfərdə keçirəcəyi oyunun hakim təyinatları müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, görüşü Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Tim Marşal olacaq. Ona yan xətt hakimləri Pol Robinson və Stefen Donaldson kömək edəcək. Dördüncü hakim funksiyasını Şeyn Endryus yerinə yetirəcək.
Qeyd edək ki, Lixtenşteyn - Azərbaycan oyunu iyunun 6-da Eşen şəhərindəki "Sportpark Eşen-Mauren" stadionunda keçiriləcək.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər