Futzal üzrə milli komandamızın iki üzvü karyerasını İngiltərədə davam etdirəcək. Fanat.az xəbər verir ki, Rizvan Fərzəliyevlə Rəcəb Fərəczadə "Baku United" klubuna keçib. Hər iki futzalçı yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, "Baku United" "Odlar Yurdu" təşkilatı tərəfindən yaradılıb. Komanda ötən mövsüm İngiltərə çempionu olub və UEFA Kubokuna qatılmaq imkanı qazanıb.