Millimizdən Şimali Makedoniyada növbəti qələbə

Millimizdən Şimali Makedoniyada növbəti qələbə

Şimali Makedoniyanın paytaxtı Skopyedə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Şimali Makedoniyanın U-17 komandası ilə qarşılaşan millimiz qələbə qazanıb – 2:1.

Komandamızın qollarını oyunun 89-cu və 90+3-cü dəqiqlərində Röyal Fərzullazadə vurub.

Bu komandalar arasında aprelin 18-də keçirilmiş ilk oyun da futbolçularımızın qələbəsi ilə (1:0) yekunlaşmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər