21 yaşadək futbolçulardan ibarət milli komandamız ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Bernhard Lippert Ruslan Tağızadənin xidmətindən məhrum olub.
AZAl-ın üzvü son turun "Simurq"la oyununda rəqiblə toqquşub və sol ayağından zədə alıb. Ruslanın zədəsi ciddidi və o, ən azı 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, U-21-in formasını geyinən Ruslan oktyabrın 10-da səfərdə Norveç, 4 gün sonra Bakıda Portuqaliya qarşı keçiriləcək oyunlara dəvət almışdı.