17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi dekabrın 3-də keçiriləcək. Fanat.az xəbər verir ki, UEFA artıq komandaları səbətlərə ayırıb.
32 komanda hər birində 8 olmaqla 4 səbətə bölünüb. Azərbaycan millisi sonuncu - D səbətində yer alıb. Püşk zamanı komandalar hər birində 4 yığma olmaqla 8 qrupa bölünəcək. Rusiya və Ukrayna eyni qrupa düşməyəcək.
Qeyd edək ki, 2015-ci ilin yazında keçiriləcək elit-raundda qrup qalibləri və 2-ci yer sahiblərindən 7-si final mərhələsinə vəsiqə əldə edəcək. Gələn ilin 6-25 mayında keçiriləcək final mərhələsinə Bolqarıstan ev sahibliyi edəcək.
A səbəti: Almaniya, Polşa, İspaniya, İngiltərə, Avstriya, Portuqaliya, Hollandiya, Çexiya
B səbəti: Xorvatiya, Şotlandiya, İrlandiya, İtaliya, Rusiya, Rumıniya, Fransa, Belçika
C səbəti: Norveç, Gürcüstan, Slovakiya, Belarus, Macarıstan, Serbiya, İslandiya, İsveç
D səbəti: Yunanıstan, İsrail, Sloveniya, Uels, Şimali İrlandiya, AZƏRBAYCAN, Bosniya və Herseqovina, Ukrayna
Fanat.az