Milinko Pantiç "Sumqayıt"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın serb baş məşqçisi çətin qələbə qazandıqlarını deyib:
"Qalib gəldiyimiz üçün şadam. Çətin qələbə qazandıq. "Sumqayıt" yaxşı komandadı, klubun rəhbərliyini bu cür komanda yaratdığı üçün təbrik edirəm. "Qəbələ"yə qalib gəlmişdilər, ötən turda isə "Neftçi" ilə heç-heçə etdilər. İlk hissədən sonra komandam özünü itirmədi, 90 dəqiqə səbrlə oynadıq və bizə lazım olan qolu vurduq. Bu cür oyunlar minimal hesabla başa çatır. Ötən mövsüm "Sumqayıt" komandamızdan 4 xal almışdı".
Qeyd edək ki, "Bakı" "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.