Məmmədyarov beynəlxalq turnirə dəvət aldı

Məmmədyarov beynəlxalq turnirə dəvət aldı

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Rusiyanın Soçi şəhərində keçiriləcək Mixail Talın xatirə turnirində iştirak edəcək. Fanat.az xəbər verir ki, şahmatçımızın qatılacağı blits-turnir noyabrın 13-14-də baş tutacaq.

Yarışda həmyerlimizlə yanaşı, Vladimir Kramnik, Pyotr Svidler, Aleksandr Qrişşuk, Yan Neponyaşşi, Yevgeni Tomaşevski, Aleksandr Morozeviç, Ernesto İnarkiyev, Aleksandra Kostenyuk, Boris Gelfand və Peter Leko iştirak edəcəklər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər