Dortmund "Borussiya"sının türk əsilli futbolçusu İlkay Gündoğanın yeni sevgilisinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, Almaniya yığmasının formasını geyinən futbolçu aktrisa və model Sıla Şahinlə birlikdədi.
Cütlüyün bu ilin aprelində tanış olduğu və görüşməyə başladığı deyilir. Onlar hələ ki, Almaniya mətbuatının ortaya atdığı bu iddianı nə təsdiq, nə də təkzib edib.
Qeyd edək ki, Sıla Şahin də İlkay Gündoğan kimi Almaniyada doğulub və bu ölkədə yaşayır. Sıla bir neçə dəfə "Playboy" dərgisinin alman versiyası üçün çılpaq şəkillər çəkdirib.