Fatih Terimin "Qalatasaray"dan kənarlaşdırılması müzakirə mövzusu olaraq qalır. Son günlər Türkiyə mətbuatı müxtəlif iddialarla çıxış edir. İddialara görə, "Qalatasaray" Roberto Mançini ilə danışıqlara sentyabrın 20-də başlayıb. Fatih Terim isə 4 gün sonra komandadan kənarlaşdırılıb. Bu isə "İmperator"a qarşı planın əvvəlcədən qurulduğunu göstərir.
İddiaları Mançinin qızı Kamilla da təsdiqləyib. Fanat.az xəbər verir ki, xanım Mançini "Twitter" hesabında 20 sentyabrda toplanmış əşyalarının fotosunu yayımlayıb və altına "Köçmək bizim hobbimizə çevirilib. Son uçuş... Kimsəinin tanımadığı bir gedirik" yazıb.
Kamillanın bu sözləri razılaşmanın artıq sentyabrın 20-də əldə olunduğunu göstərir. Sadəcə, "Qalatasaray" rəhbərliyi Fatih Terimi qomaq üçün 4 gün səbr etməli olub.