Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Yuventus"la 2:2 bərabərə qalan "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini oyunsonrası mətbuat konfransında jurnlistlərin suallarını cavablandırıb. fanat.az xəbər verir ki, italiyalı çalışdırıcı Droqbaya tərif yağdırıb:
"Komandamız yaxşı oynadı, Droqba möhtəşəm idi. Turində öndə tək oynayırdı. Qolunu vurdu, ötürməsini etdi. Komanda çalışacaq və daha yaxşı yerlərə gələcək. Zamanla hər şey yaxşı olacaq. Qarşıdakı oyunlarda bir sıra dəyişikliklər olacaq".