AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da “Bakcell Arena”da Norveç yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının açıq məşqi olacaq.
Fanat.az xəbər verir ki, noyabrın 15-də, saat 19.30-da, “Bakcell Arena”da mətbuat konfransı təşkil olunacaq. Saat 20.00-da isə ilk 20 dəqiqəsi mətbuat və azakeşlər üçün millinin açıq məşqi keçiriləcək.
Fanat.az