Türkiyənin PTT 1-ci liqasında X tura start verilib. Fanat.az xəbər verir ki, Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" "Bucaspor"u qəbul edib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir meydana start heyətində çıxıb və 90 dəqiqə oynayaraq komandasının qələbəsində pay sahibi olub.
Qeyd edək ki, "Karşıyaka" 10 turdan sonra 14 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Fanat.az