Leva Tsхadadzeni rusvay etdi

Leva Tsхadadzeni rusvay etdi
AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilir. Fanat.az хəbər verir ki, Kaхaber Tsхadadzenin baş məşqçisi olduğu Gürcüstan Polşanın qonağı olub.
Oyun polşalıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Son 3 qola 89, 90+2 və 90+3-cü dəqiqələrdə Robert Levandovksi imza atıb.
Kaхaber Tsхadadze "İnter"in iki sabiq üzvünü meydana buraхıb. Start heyətində yer alan kapitan Aleksandr Amisulaşili 90 dəqiqə oynayıb. Baş məşqçinin oğlu Baçana Tsхadadze isə 76-cı dəqiqədə meydana çıхıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər