Braziliya və İspaniya vətəndaşlığı daşıyan Dieqo Kostanın milli komanda karyerası ilə bağlı qərarı FİFA verəcək. Fanat.az xəbər verir ki, La Liqada oynadığı 8 matçda 10 qol vuran "Atletiko"nun futbolçusunun martda Braziliyanın İtaliya və Rusiya ilə yoldaşlıq oyunlarında meydana çıxıb.
Lakin sonradan o, İspaniya vətəndaşlığını qəbul edib və bu ölkənin yığma komandasında oynamaq istəyir. İspaniya Futbol Federasiyası FİFA-ya müraciət edərək Kostanın yığmada oynamasına icazə verilməsini istəyib. Qərar hələ verilmədiyindən Visente Del Boske onu qarşıdakı oyunlara çağırmayıb.