Kardoso küsüb meydanı tərk etmək istədi - "Böyük oyun"

Kardoso küsüb meydanı tərk etmək istədi - "Böyük oyun"

Bu dəqiqələrdə davam edən “Böyük oyun”da növbəti gərginlik yaşanıb. Fanat.az futbolxeber.az saytına istinadən xəbər verir ki, oyunun 67-ci dəqiqəsində baş hakim Elvin Əsgərov Karlos Kardosonın Rahid Əmirquliyevə qarşı oyununu kobudluq kimi dəyərləndirərək, futbolçunu sarı vərəqə ilə cəzalandırıb. 

Bu isə braziliyalı futbolçunun ciddi etirazına səbəb olub. Braziliyalı müdafiəçi özbaşına meydanı tərk etmək istəyib. Kardoso əli ilə baş məşqçi Arif Əsədova işarə edərək, əvəzlənməsini tələb edib. Yalnız komanda yoldaşları və məşqçilər korpusunun fikrindən sonra braziliyalı futbolçu oyunu davam etdirmək qərarına gəlib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər