Ötən mövsümün sonunda "Neftçi"dən ayrılaraq Çilinin "Kolo-Kolo" klubuna keçən Nikolas Kanales ikinci qolunu vurub. Fanat.az xəbər verir ki, çilili forvard sentyabrın 28-də "Kobresal"la oyunun 3-cü dəqiqəsində hesabı açıb. Lakin Kanalesin komandası sonrakı dəqiqələrdə 3 qol buraxaraq uduzub - 1:3.
Qeyd edək ki, bu Kanalesin "Kolo-Kolo"da 5-ci oyunda 2-ci olub. O, vətənində qol hesabını sentyabrın 14-də "Reyncers"lə səfər matçında açmışdı.