Çixradze küləkdən şikayətləndi

Çixradze küləkdən şikayətləndi
Georgi Çixradze AZAL-la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un gürcü baş məşqçisi nəticənin ədalətli olduğunu deyib:
"Oyun dinamik keçdi, 90 dəqiqə ərzində meydanda mübarizə əzmi var idi. AZAL fiziki hazırlığı yüksək olan komandadı. İlk hissədə qol buraxdıq, fasilədə müəyyən taktiki gedişlərlə oyunun axarını dəyişə bildik, hesabı bərabərləşdirdik. Oyunun son dəqiqələri də gərgin keçdi. Güclü külək hər iki komandanın oyuna təsir edirdi, xüsusən də hava mübarizələrində. Hər iki komanda sona kimi mübarizə apardı. Heç-heçəni bu oyunun ədalətli nəticəsi hesab edirəm",
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər