IX YUXU - Vasif Talıbova MÜRACİƏT

IX YUXU - Vasif Talıbova MÜRACİƏT
Payız. Bakı. Yağış. Adi günlərdən biri idi. İşdən sonra dayanacaqda avtobus gözləyirdim. Küçədəki gölməçənin birindən keçən avtomobil üstümü batırdı. Azərbaycan reallıqlarında bu cür hadisələrə rast gəlmək üçün böyük səbrə malik olmağa ehtiyac yoxdu. Lakin nadir hallarda rast gəldiyim vəziyyətlə üzləşdim. Üstümün palçığını görən sürücü pəncərənin şüşəsini aşağı salaraq, "otur, hara lazımdısa, aparım" dedi. Sükanın arxasındakı şəxs Oqtay Abdullayev idi...

Veteranlar İttifanın rəhbəri ilə söhbət etmək eşqi dərhal təklifə müsbət cavab verməyə sövq etdi.- Salam, Oqtay müəllim. Heç gözləməzdim ki, bu cür şəraitdə üz-üzə gələk.- Salam, oğul. Olur, həyatda müxtəlif hadisələr həmişə gözlənilmədən baş verir.- Lap elə yazdığınız müraciət kimi.- Naxçıvan Azərbaycanımızın ayrılmaz hissəsidi. Necə olur ki, bütün bölgələrdə futbol durmadan inkişaf edir, Naxçıvan futbolsuz qalır. Bu, qəbuledilməzdi!- Ay Oqtay müəllim, bu məmləkətimizin hansı hissəsində futbol inkişaf edib ki, yapışmısınız Vasif Talıbovun ətəyindən ki, tez ol, qaytar futbolu!? Reytinq cədvəlinə baxdıqdan sonra inkişafdan danışmağa diliniz dönür?- Reytinq-meytinq boş şeydi. Lənkəranda, Gəncədə, Qazaxda, qardaşım, hər yerdə futbol inkişaf edir e!- Lənkəranda "qarabalalar"ın hesabına nələrsə etmək olur, Gəncə və Qazaxdan isə danışmağa belə adam utanır.Bu an Oqtay müəllimin telefonu zəng çalır: "Salam. Ehtiyac yoxdu. Əşşi hara uçur e?! O qədər körpülər tikiblər, hansı uçub? Armaturu 2 yerə bölün. Əşşi yarısını basın binanın tikintisinə, qalan hissəsini də restoranın".Ardından Oqtay müəllimlə dialoqumuz davam edir.- İmkan vermirlər ki, söhbətimizi edək. Naxçıvandan idim, 1-2 sot torpaq pay veriblər mənə, dedim boş qalmasın. Başıma bəla açmışam. - Sağlığınıza qismət. Amma 1-2 sotun üstündə bina?- Əşşi, boş şeydi. Elə-belə dedim naxçıvanlılara əl tutum. Bəlkə də Qocalar Evi etdim həmin binanı.- Həə, bu müraciət nə məsələdi, ay Oqtay müəllim? İdeya kimə məxsusdu?- İdeya müəllifi, baş rejissor, baş redaktor - hamısı özüməm. - Axı imza atanlar, maşallah...- İmza atanlar İcraiyyə Komitəsində əl qaldıranlar kimi bir şeydi. Zarafat deyil, o boyda nəcib iş gördük e!- Hansı işi gördünüz, Oqtay müəllim?- Naxçıvana futbolun qayıtması üçün təkanverici qüvvə rolunu oynadıq. Eeeh. Dayan görüm, kimdi bu, yenə zəng edir...Abdullayevə gələn zəng yenə də Naxçıvandan idi: "İnəklər niyə az süd verməyə başlayıblar? Necə olur ki bu? Bilmirəm, istəyirsən özün ver südü, plandan aşağı düşsə, məndən incimə".Daha sonra hörmətli veteran üzünü yenidən bəndənizə tutur.- Xırda fermam var Naxçıvanda. Cəmi 150-200 baş heyvandı. Neyləyək e,bir tikə çörəkpulu qazanmalıyıq da. Həmin inəklərin südündən gələn pulu da uşaq evinə köçürürəm.- Siz əməlli başlı xeyriççəsiniz ki. Lap deyərdim müasir Hacı Zeynalabdin Tağıyevsiniz!- Biz Azərbaycanımıza xidmət etməliyik.- Oqtay müəllim, AFFA-dan kim məsləhət gördü ki, bu məktubu guppuladasınız?- Məsləhət deyəndə ki, bu, Azərbaycanda tanınan veteranların ümdə borcu idi. AFFA rəhbərliyi sadəcə, dedi ki, bir məktub hazırla, göstərək ki, biz hamılıqla Naxçıvanda futbolunun yaşamasını istəyirik.- Yəni düşünürsünüz ki, sizin müraciətin qara qəpikdən baha dəyəri var?- Elə eləmə ki, səni yolun ortasında düşürüm yerə! Ağa deyir sür dərəyə, biz də sürürük. Bu cavabı istəyirdin?Bu dəfə telefon zəngi Abdullayevin simasını dəyişdi: "Bəli, müəllim. Oldu müəllim. Baş üstə müəllim. Siz necə məsləhət görürsünüzsə, elə də edərik. Zavoddu da, istəyirsiniz səhmlərin 100 faizini sizin adınıza keçirək. Naxçıvandakı bütün obyektlərim sizə qurbandı".- Oqtay müəllim, deyəsən bu zəng kefinizə soğan doğradı...- Ağsaqqal idi. - Hansı ağsaqqal? Axı ağsaqqallar rəsmən rəhbəri olduğunuz qurumda toplaşıblar.- Hələ cavansan, belə şeyləri bilməzsən. Hər bir ağsaqqalın ağsaqqalı var. - Sizin ağsaqqalınız kimdi?- Yox, onu deyə bilmərəm. Yalnız bunu söyləyə bilərəm: istəsə, hamımızı cibində gəzdirə bilər.- Çatdıq mənzil başına. Gətirdiyinizə görə təşəkkür edirəm. Ağsaqqalınıza kasıb jurnalistdən salam çatdırmağı unutmayın.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər