Futzal üzrə İtaliya yığmasının baş məşqçisi Roberto Menikelli AVRO-2014-ün final mərhələsində mübarizə aparacaqları qrupu dəyərləndirib. Fanat.az xəbər verir ki, italyan mütəxəssis Azərbaycan və Sloveniya ilə bağlı fikirlərini bildirib:
"Qrupumuz çətindi. Bizə maksimum diqqətli olmaq və bu görüşlərə yaxşı köklənmək lazım gələcək. Hazırda rəqiblərimiz barədə məlumat toplamaqla məşğuluq. Azərbaycanla Sloveniyanın Avropa çempionatına birbaşa vəsiqə qazanması çox şeydən xəbər verir. Biz də bu amili nəzər almalıyıq. Düşünürəm ki. çox çətin qrupa düşdük. Bu da diqqətdən yayınmamalıdı".