İslamiada: Azərbaycanın mövqeyi dəyişmədi

İslamiada: Azərbaycanın mövqeyi dəyişmədi

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, 12-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 72-yə yüksəlib. Medallardan 22-si qızıl, 28-i gümüş, 22-si bürünc əyyarlıdır.

Bu nəticə ilə ölkəmiz sıralamada əvvəlki kimi 4-cü pillədə qərarlaşıb.

İlk 3 mövqedə, müvafiq olaraq, Türkiyə (106 qızıl, 89 gümüş, 70 bürünc), Özbəkistan (43 qızıl, 30 gümüş, 48 bürünc) və İran (37 qızıl, 35 gümüş, 44 bürünc) qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 16 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), cüdo (1 qızıl, 3 gümüş, 1 bürünc) qılıncoynatma (1 qızıl , 2 gümüş, 2 bürünc) taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), atıcılıq (1 qızıl, 1 gümüş), üzgüçülük (1 qızıl, 1 gümüş) ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər