İslamiada: Azərbaycan mövqeyini qorudu

İslamiada: Azərbaycan mövqeyini qorudu

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, 10-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 58-ə yüksəlib. Mükafatlardan 18-i qızıl, 22-i gümüş, 18-i bürüncdür.

Bu nəticə ilə ölkəmiz ümumi sıralamada əvvəlki kimi 4-cü pillədə qərarlaşıb.

İlk 3 sırada, müvafiq olaraq, Türkiyə 209 (79 qızıl, 73 gümüş, 57 bürünc), İran 94 (32 qızıl, 24 gümüş, 38 bürünc) və Özbəkistan 86 (27 qızıl, 24 gümüş, 35 bürünc) yer alıb.

İndiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 11 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), qılıncoynatma (1 gümüş, 2 bürünc), həndbol (1 gümüş), üzgüçülük (1 gümüş) ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər