İslamiada: Azərbaycan idmançıları 8 növdə mübarizə aparacaq

İslamiada: Azərbaycan idmançıları 8 növdə mübarizə aparacaq

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, yarışların 8-ci günündə Azərbaycan idmançıları 8 idman növündə qüvvəsini sınayacaq.

Stend atıcılığı (trap, qarışıq komanda)

10:00 Aydan Camalova və Əli Hüseynli cütlüyü

Taekvondo

10:00 Fatimə Məcidova (62 kq), Məhəmməd Məmmədov (74 kq), Radik İsayev (+87 kq)

Ağırlıqqaldırma

12:00 Tehran Məmmədov (61 kq)

15:00 İsa Rüstəmov (67 kq)

Güləş (yunan-Roma və qadın güləşi)

12:30 Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Ülvü Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), Elnurə Məmmədova (55 kq), Elis Manolova (65 kq)

Voleybol (qadınlar)

14:00 Kamerun – Azərbaycan

Futbol

13:30 Azərbaycan – Mərakeş

Həndbol (kişilər)

16:00 İran – Azərbaycan

Atletika (uzunluğa tullanma, final)

18:50 Nazim Babayev

Qeyd edək ki, ilk 7 günün yekunlarına əsasən, ölkəmizin idmançıları Oyunlarda 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb. Azərbaycan medal sıralamasında bu nəticə ilə Türkiyə, İran və Özbəkistandan sonra 4-cü yerdədir. İslamiadaya avqustun 18-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər