İslamiada: Azərbaycan idmançıları 10 növdə yarışacaq

İslamiada: Azərbaycan idmançıları 10 növdə yarışacaq

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, yarışların 9-cu günündə Azərbaycan təmsilçiləri 10 idman növündə qüvvəsini sınayacaq.

Ağırlıqqaldırma (kişilər) A qrupu 11:30. Paşa İbrahimli (73 kq) B qrupu 13:00. Füqan Əliyev (81 kq)

Güləş (yunan-Roma və qadın güləşi) Təsnifat - 12:30. Finallar - 18:30. Yunan-Roma güləşi: Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq), Sabah Şəriəti (130 kq) Qadın güləşi: Jalə Əliyeva (57 kq)

Həndbol (qadınlar) yarımfinal 14:00. Azərbaycan - Özbəkistan

Voleybol (kişilər) B qrupu 17:00. Azərbaycan - Mərakeş

Basketbol 3x3 (kişilər) C qrupu 17:20. Mali - Azərbaycan 22:00. Azərbaycan - Türkiyə

Bədii gimnastika Fərdi və komanda sıralama, təsnifat və finallar 15:00. Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova və Azərbaycanın qrup hərəkətlərindən ibarət komandası

Aerobika gimnastikası Kişilər və qadınlar 11:00. Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xoşqədəm Quliyeva

Para-oxatma (qadınlar) 15:00. Azadə Abdullayeva

Velosiped 10:00. Kişilər və qadınlar Qadınlar, 100 km: Viktoriya Sidorenko və Lalə Əbdürəhmanova Kişilər, 130 km: Elçin Əsədov, Musa Mikayılzadə, Elvin Əlizadə, Şahin Eyvazov, Nəcəf Bağırov və Əli Qurbanov

Üzgüçülük Təsnifat - saat 11:00, yarımfinallar və finallar - 18:00 100 m. batterflay kişilər: Ramil Vəlizadə 50 m. brast qadınlar: Ayan Kələntərova 50 m. brass kişilər: Vəli İsrafilov 200 m. individual qarışıq qadınlar: Ayan Kələntərova 4x100 m. sərbəst, kişilər: Rəşad Alquliyev, Vəli İsrafilov, Əbdürrəhman Rüstəmov, Nihat Yusubov 800 m. sərbəst, qadınlar: Aysel Səfərova

Qeyd edək ki, bunadək Azərbaycan 7 qızıl, 12 gümüş və 14 bürünc medal qazanıb. Ölkəmiz medal sıralamasında Türkiyə, İran, Özbəkistan və Qazaxıstandan sonra 5-ci yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər