İslamiada: Azərbaycan gimnastları 4 proqramda finala yüksəldi

İslamiada: Azərbaycan gimnastları 4 proqramda finala yüksəldi

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə təsnifat mərhələsi başa çatıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov təsnifat mərhələsində 1-ci, Mədinə Mustafayeva 2-ci yerin sahibi kimi həlledici mərhələyə yüksəliblər. Onlar fərdi proqramla yanaşı, qarışıq cütlük kateqoriyasında da finala vəsiqə qazanıblar.

Həmçinin Mustafayeva, Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında da finala adlayıblar.

Qeyd edək ki, final mərhələsi avqustun 14-də baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər