Fatih Terim rəsmən Türkiyə millisinin baş məşqçisi olub. Fanat.az xəbər verir ki, “İmperator” ləqəbli mütəxəssis bu gün rəsmi müqavilə imzalayıb.
Bakı vaxtı ilə saat 22.30-da TFF binasına gedən Terim 1 illik müqaviləyə imza atıb. Anlaşmaya əsasən o, 1 il ərzində həm milli komandanı, həm də “Qalatasaray”ı çalışdıracaq.
“İmperator” müqavilə imzalayandan sonra ilk açıqlamasını verib: “Yıldırım Demirörenə və TFF-nin İdarə Heyətinə mənə inandıqları üçün təşəkkür edirəm. Məsələ milli komanda oldusa, geri çəkilmək olmaz. 15 gün sonra oyun var, həzarlıq dönəmində danışarıq. Bu gün danışmalı odduğumuz məsələlərə gəlincə, “ay-ulduz” məsələ olunca, klubum da anlaşyış göstərdi. Nə mən, nə də başqa biri tək başına iş görə bilməz. Futbolçularımız və futbol camiəsi bizə yardımçı olacaq. Bu duyğularla hərəkət edəcəyik”.
“Dünya çempionatına vəsiqə qazana bilərik” sualına Terimin cavabı belə olub: “Bizim anlaşmamız bundan daha geniş tərkiblidi. Bu DÇ-yə vəsiqə qazanmağa çalışmayacağımız demək deyil. Amma əsas işimiz bu günə qədər görüşməyən işləri görməkdi”.
TFF prezidenti Yıldırım Demirören isə “Qalatasaray”a təşəkkür edib: “Ünal Aysal və “Qalatasaray” camiəsinə təşəkkür edirəm. Terim bizdən maaş tələb etmədi, amma biz ona maaş vermək istəyirik”.
Qeyd edək ki, Türkiyə DÇ-2014-ün seçmə mərhələsinin D qrupunda mübarizə aparır. 6 oyunda 7 xal toplayan (2 qələbə, 1 heç-heçə) “ay-ulduzlular” 4-cü pillədə qərarlaşıb və lider Hollandiyadan 11, 2-ci pillədəki Macarıstandan 4, Rumıniyadan 3 xal geri qalır. Qardaş ölkə yığması seçmə mərhələ çərçivəsində son 4 oyununu bu il keçirəcək. Andorra (6 sentyabr) və Hollandiyanı (15 oktyabr) evdə qəbul edəcək Türkiyə, Rumıniya (10 sentyabr) və Estoniya (11 oktyabr) səfərdə qarşılaşacaq.