Artıq 10 ildi ki, FIFA futbolun gənc qardaşı sayılan çimərlik futbolunu qəbul edib. İndi bu idman növü üzrə yarışlar 115 millət arasında keçirilir. "Bakı-2015"ə daxil edilən proqram bu oyunun inkişafında növbəti həlledici addımdı.
Dünya üzrə Çimərlik Futbolu Təşkilatının vitse-prezidenti və FIFA çimərlik futbolu komitəsinin üzvü Xuan Kusko həmin idman növünün gələcəyinin parlaq olacağını bildirib: "Çimərlik futbolunu dünyada sevən hər kəs "Bakı-2015"i izləyəcək - bunu əminliklə deyə bilərəm. Biz səlahiyyətli orqanlara - hökumətə, BAOƏK (Bakı Avropa Oyunları Əməliyyat Komitəsi) və Avropa Olimpiya Komitəsinə müraciət edir, bu oyuna çox dəyər verdiyimizi nümayiş etdirmək istəyirik".
Çimərlik futbolu üzrə dünyanın beş ən reytinqli komandasından dördü Bakıda çıxış edəcək. Bu ilin iyulunda həm də Portuqaliyada 2015 Dünya Kuboku keçiriləcək. Kusko dünyada bu oyunun auditoriyasının artmasından məmnundu: "Əminliklə deyə bilərəm ki, 2015 idman tariximizdə ən yaxşı ildi. Dönüş nöqtəsi olan bu ildən sonra çimərlik futbolu Olimpiya Oyunlarında özünün növbəti imzasını vuracaq. Çimərlik futbolunun yeganə çağırışı Olimpiya Oyunlarında olur. Bakı 2015 buna yaxın olmaq üçün kiçik bir yoldu".
Vitse-prezident deyib ki, 2020 Olimpiya Oyunlarına ev sahibliyi edəcək Yaponiya çəmərlik futbolu üçün yaxşı bazardır. "Biz Yaponiyanın Olimpiya Komitəsini sıxışdırırıq. Bu idmanın oyunlara salınmasına çalışacağıq".
Fanat.az