İlqar Nəbiyev Qırğızıstan millisində debüt edib. Fanat.az xəbər verir ki, Litvanın "Tauras" klubunda çıxış edən azərbaycanlı futbolçu Küveytə qarşı oynayıb.
Start heyətində yer almayan Nəbiyev 68-ci dəqiqədə meydana çıxıb. O, Artura Mulacanovu əvəzləyib. Matç Qırğızıstanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.