İlqar Nəbiyev: “Debüt matçdan çox yaxşı oynadım”

İlqar Nəbiyev: “Debüt matçdan çox yaxşı oynadım”

“Litva çempionatındakı ilk oyunumu “Jalgirs”ə qarşı keçirdib. 60-cı dəqiqədə meydana çıxdığım matçda oyunum pis alınmadı. Hətta deyərdim ki, çox gözəl oynadım”. Bu sözləri Fanat.az-a açıqlamasında Litvanın “Tauras” klubuna keçən İlqar Nəbiyev deyib.

Azərbaycanlı futbolçu debütü ilə bağlı danışıb: “Baş məşqçi Ramazan Silin ilk oyunda məni öz mövqeyimdə yox, hücum xəttinin arxasında oynatdı. “Şiaulyay” oyunda baş məşqçi məni start heyətində meydana buraxdı. Bu dəfə sol cinah yarımmüdafiəçisi kimi oynadım. Uduzsaq da, pis alınmadı. Sadəcə, hakim əleyhimizə çox qərar verdi, olmayan penaltini təyin etdi”.

Nəbiyev qarşıdakı oyunla bağlı da danışıb: “Bu həftə evdə “Dinava”nı qəbul edəcəyik. Baş məşqçi şans versə, özümü göstərmək üçün əlimdən gələni edəcəm”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər