İlk dəfə məğlub oldu

İlk dəfə məğlub oldu

Ukraynalı boksçu Vladimir Kliçko dünən Moskvada "Olimpiya" idman kompleksində titul döyüşündə qələbə qazanıb. Fanat.az xəbər verir ki, Kliçkonun rəqibi rusiyalı Aleksandr Povetkin olub. 

Döyüş 37 yaşlı Kliçkonun xal qələbəsi ilə başa çatıb. Hər üç hakim Vladimir Kliçkoya yekdilliklə qələbə verib. Bu məğlubiyyət 34 yaşlı Povetkinin karyerasında birinci olub.

Bundan öncə Povetkin 26 döyüşün (18-i nokautla) hamısında qalib gəlib, Kliçko isə 61 dəfə qələbə qazanıb (51 - vaxtından əvvəl) və üç dəfə məğlub (hamısı - nokautla) olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər