İdmançımız ermənini diz çökdürdü

İdmançımız ermənini diz çökdürdü
Litvada karatenin şinkyokşin növü üzrə keçirilən Avropa çempionatı başa çatıb. ANS PRESS-in məlumatına görə, 18-22 yaş arası idmançıların qatıldıdğı çempionat 8-9 noyabr tarixində baş tutub. 
Azərbaycan milli komandası bu çempionatda 65 kq çəki dərəcəsində 2 medal qazanıb. Əldə edilən medallardan birinin əyarı qızıl, digəri isə gümüş olub. 
Qeyd edək ki, bu çəki dərəcəsində 3-cü yeri isə həmyerlimizə məğlub olan erməni idmançısı tutub. Birinci yerin sahibi Emin İsmayılov, ikincinin isə Eltac Hümbətov olub. O, ard-arda 4 rəqibini (rumuniyalı, isveçli, litvalı, polşalı) məğlub edib. 
Emin İsmayılov isə finalda erməninin dizini yerə vura bilib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər