“Simurq” heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, Zaqatala klubu baxışda olaq İdan Veytsmanla bir illik rəsmi müqavilə bağlayıb.
Növbəti mövsümün sonuna qədər “Simurq”un şərəfini qoruyacaq 28 yaşlı israilli futbolçu “20″ nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Vaytsman son iş yeri “Bney Saknin” klubu olub. O, 2011-ci ildən çıxış etdiyi komandada 79 oyuna çıxıb və 2 qol vurub. 28 yaşlı yarımmüdafiəçi əvvəllər Arke, Nazaret İllit və Hayfa şəhərlərinin “Hayfa” klublarında, həmçinin “Hakoah” (Amidar Ramat Qan) və “Aşdod”da çıxış edib.