I divizionda neçə klub çıxış edəcək?

I divizionda neçə klub çıxış edəcək?

I divizionda çıxış edəcək klubların sayı müəyyənləşib. Fanat.az xəbər verir ki, aşağı liqada 16 klub mübarizə aparacaq.

Bunlardan 11-i ötən mövsümdə də I divizionda çıxış edib. Qalan 5 klub isə 2013/14 mövsümündə mübarizəyə başlayacaq.

Yenilərdən ikisi ötən mövsüm Premyer Liqada çıxış edirdi – “Kəpəz” və “Turan-T”. “Araz” və “İçərişəhər” yeni yaradılıb. Həmçinin “Karvan” fəaliyyətini bərpa edib və I divizionda çıxış etmək niyyətindədi.

Qeyd edək ki, ötən mövsüm I divizionda 13 klub mübarizə aparırdı. “Tərəqqi” (Gəncə) və “Qala” fəaliyyətini dayandırdığından yeni mövsümdə çıxış etməyəcək.

1. Araz (Naxçıvan)2. Ağsu (Ağsu)3. Bakılı (Bakı)4. Energetik (Mingəçevir)5. Göyəzən (Qazax)6. İçərişəhər (Bakı)7. Karvan (Yevlax)8. Kəpəz (Gəncə)9. Lokomotiv (Bakı)10. Neftçala (Neftçala)11. MOİK (Bakı)12. Qaradağ-Lökbatan (Bakı)13. Şahdağ (Qusar)14. Şəmkir (Şəmkir)15. Şuşa (Şuşa)16. Turan-T (Tovuz)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər