Dünən keçirilən "Eskişəhərspor" - "Beşiktaş" matçında yaşıl meydanlarda indiyədək rast gəlinməyən hadisə baş verib. Fanat.az xəbər verir ki, qarşılaşmanın dörcündü hakimi Cem Satman küsərək meydanı tərk edib.
Belə ki, oyunun final fiti səslənən kimi "Eskişəhərspor"un ehtiyat oyunçular skamyasında əyləşənlər etiraz etməyə başlayıb. Buna əsəbiləşən Cem Satman baş hakimin yanına yox, bir başa paltardəyişmə otağına yollanıb.